«ABB İnvest İnvestisiya Şirkəti»nin dövriyyəsi 3 dəfə artıb.
FED.az xəbər verir ki, 2023-cü ilin yanvar-noyabr aylarında şirkətin birja dövriyyəsi 8 milyard 458,3 milyon manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 3,2 dəfə artıb.
Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi 224,1 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 1 milyard 227,1 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 314,5 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 6 milyard 642 milyon manat, səhmləri isə 41 min 440 manat olub.
Cari ildə il «ABB İnvest İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları 3,4 dəfə azalıb, dövlət istiqrazları üzrə əməliyyatları 4,1 dəfə, repo əməliyyatları isə 6,1 dəfə artıb, korporativ istiqrazlar üzrə əməliyyatlar 24,1%, səhm əməliyyatları 2,6 dəfə azalıb.
Bu il «ABB İnvest İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 67,1% artaraq 981-dən 1 639-a yüksəlib.