«PAŞA Kapital İnvestisiya Şirkəti»nin dövriyyəsi 56% artıb.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-sentyabr aylarında şirkətin birja dövriyyəsi 204 milyard manat təşkil edib. 2023-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 7,2 milyard manat və ya 56% artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 1,4 milyard manat, dövlət istiqrazları üzrə dövriyyəsi 3,4 milyard manat, korporativ istiqrazları üzrə dövriyyəsi 995,2 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 14,2 milyard manat, səhmlərin dövriyyəsi isə 2,4 milyon manat olub.
Cari ildə « PAŞA Kapital İnvestisiya Şirkəti»nin dövlət istiqrazları dövriyyəsi 6% (203,6 milyon manat), korporativ istiqrazlarının dövriyyəsi 3,1 dəfə (671,2 milyon manat), repo əməliyyatlarının dövriyyəsi 93,1% (6,9 milyard manat) artıb.
Bu ilin 8 ayı ərzində «PAŞA Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı illik müqayisədə 521 ədəd və ya 12,6% artaraq 5 214-ə yüksəlib.