Bu ilin yanvar-sentyabr aylarında “ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 25,4 milyard manat təşkil edib.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,3 milyard manat və ya 6,3 dəfə çoxdur.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə 105,5 milyon manat, dövlət istiqrazları üzrə dövriyyə 910,5 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 128,8 milyon manat, səhm əməliyyatları üzrə dövriyyə 109,6 min manat, repo əməliyyatları üzrə dövriyyə 24,1 milyard manat təşkil edib.
Əməliyyat sayı isə 98 941 olub.
Əvvəlki illə müqayisədə dövlət istiqrazları üzrə dövriyyə 81,4 milyon manat (8,9%) səhmləri üzrə dövriyyə 109,6 milyon manat (8 745,4 dəfə), repo əməliyyatları üzrə dövriyyə 21,4 milyard manat (8,7 dəfə) artıb.
Əməliyyat sayında isə 97 min 805 ədəd və ya 87,1 dəfə artım qeydə alınıb.