«Paşa Kapital İnvestisiya Şirkəti»nin dövriyyəsi 2 dəfədən çox artıb.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-iyul aylarında şirkətin birja dövriyyəsi 16,8 milyan manat təşkil edib. 2023-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 8,8 milyard manat və ya 2,1 dəfə artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyə 1,3 milyard manat, dövlət istiqrazları üzrə dövriyyəsi 2,6 milyard manat, korporativ istiqrazlarının dövriyyəsi 848,9 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 11,7 milyard manat, səhmlərin dövriyyəsi isə 1,2 milyon manat olub.
Cari ildə il « Paşa Kapital İnvestisiya Şirkəti»nin dövlət istiqrazları dövriyyəsi 34,3% (655,2 milyon manat), korporativ istiqrazlarının dövriyyəsi 2,9 dəfə (556,2 milyon manat), repo əməliyyatlarının dövriyyəsi 2,7 dəfə (7,3 milyard manat) artıb.
Bu ilin 7 ayı ərzində «Paşa Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı illik müqayisədə 985 ədəd və ya 32,4% artaraq 4 026-ya yüksəlib.