London Avropanın ən böyük birjası statusunu itirib, artıq qitənin əsas fond birjası Paris sayılır.
Daha bir investisiya şirkəti Bakı Fond Birjasının üzvlüyünə - QƏBUL EDİLDİ
FED.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, bu birjalarda satılan şirkətlərin səhmlərinin ümumi dəyəri Fransa fond bazarı üçün 2,823 trilyon dollar, Böyük Britaniya fond bazarı üçün isə 2,821 trilyon dollar təşkil edir.
Bunun səbəblərindən birinin LVMH və Gucci də daxil olmaqla, fransız lüks mal istehsalçılarının səhmlərinin artması olub.
Bu şirkətlərin səhmləri Çində koronavirus məhdudiyyətlərinin aradan qaldırılması fonunda yüksəlir, buna görə də investorlar Çinli alıcılar arasında mallarına tələbatın artacağını proqnozlaşdırırlar.
Digər səbəb isə funt sterlinqin dollara nisbətdə ilin əvvəlindən 13%, avronun isə dollara nisbətdə cəmi 9% ucuzlaşmasıdır.
Bloomberg-in istinad etdiyi İngiltərə Bankının Pul Siyasəti Komitəsinin keçmiş üzvü Maykl Sondersin fikrincə, Brexit Britaniya fond bazarına genişmiqyaslı və uzunmüddətli tendensiyalar baxımından mənfi təsir göstərib və bu, potensial ÜDM-i xeyli aşağı salıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.