“Capital Partners İnvestisiya Şirkəti” QSC-nin müraciətinə əsasən Bakı Fond Birjası 11 noyabr 2022-ci il tarixindən qeyd olunan investisiya şirkətini üzvlüyünə qəbul edilib.
Eləcə də bax: Azərbaycanın qiymətli kağızlar bazarı yenə - KİÇİLİB
Bu barədə FED.az-a Bakı Fond Birjasından bildirilir.
Qeyd edilib ki, Bakı Fond Birjasının üzvü olan investisiya şirkətlərinin sayı 11-ə yüksəlib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.