Çərşənbə axşamı Nasdaq Birjasında ticarət olunan Nvidia şirkətinin səhmləri 2,84 faiz dəyər qazanaraq, hər səhm üçün 139,91 dollara yüksəlib.
“Nvidia”nın AI çipləri üçün şirkətlərə 11 milyard dollarlıq kredit ayrılıb
FED.az xəbər verir ki, Şirkətin səhmlərinin bahalaşamsı ilə ümumi bazar dəyəri 3,43 trilyon dollara çatıb.
Beləliklə, Apple-ın 3,38 trilyon dollarlıq bazar dəyərini aşan Nvidia ikinci dəfə dünyanın ən dəyərli şirkəti olub.
Süni intellekt çiplərinə tələbatın artması ilə Nvidia-nın səhmlərinin 2024-cü ilin əvvəlindən bu yana 182,5 faiz dəyər qazanmasına səbəb olub.
Nvidia-nın bazar dəyəri iyunun əvvəlində ilk dəfə olaraq 3 trilyon dolları keçib. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.