ABŞ-ın böyük maliyyə qurumları, süni intellekt sahəsində “Nvidia” çiplərindən istifadə edən texnoloji şirkətlərə 11 milyard dollarlıq kredit ayırıb.
Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: “Apple" və NVIDIA-ya yatırımlar kəskin artıb
FED.az xəbər verir ki, bu kreditlə İT şirkətləri AI texnologiyasına yönəlik fəaliyyətlərini genişləndirə biləcək.
Noyabrın 1-də “Apple”, “Amazon” və “Intel” korporativ hesabat həftəsini tamamladı. Bu hesabatlar, bulud xidmətlərinin bu şirkətlərin biznesində əsas mövqeyə sahib olduğunu göstərdi. Lakin ümumi maliyyə göstəriciləri investor gözləntilərini doğrultmadı və bu, bazarda narahatlığa səbəb oldu.
Texnologiya şirkətlərinin maliyyə nəticələri ilə bağlı məlumatların ardınca “Nasdaq” indeksi 2%-dən çox geriləyərək 18 130 səviyyəsinə enib. Bu azalma, yüksək gəlirlilik səviyyəsinə malik 10 illik xəzinə istiqrazlarının təsiri ilə də güclənib.