Azərbaycanda fond bazarı və maliyyə idarəçiliyi üzrə tananmış mütəxəssis, «Azfinans» İnvestisiya Şirkətinin rəhbəri İntiqam Səfərəliyev ölkənin işi adalarına müraciət edərək onları fond bazarında aktiv olmağa, şirkətlərinin səhmlərinin bir hissəsini xalqa - investorlara açmağa çağırıb.
FED.az xəbər verir ki, İ.Səfərəliyev səhmlərin bir hissəsinin xalqa satışının üstünlükləri və gətirəcəyi faydaları da açıqlayıb.
- İPO şirkətlərin səhmlərini (yəni şirkətin bir hissəsinə sahib olmaq hüququnu) hər kəsin ala bilməsi üçün təklif etməsi prosesidir. Uzun, xərcli və çətin proses olmasına baxmayaraq dünyanın ən böyük şirkətləri daha da böyümək üçün bunu edirlər. İPO etməklə şirkət özünün ən yuxarıda olduğunu təsdiq edir və demək olar ki, bütün investorları onların uğurlarını dəstəkləməyə nail olur. Bu dəstək necə baş verir? ən böyük dəstək maddi dəstək olduğu üçün investorların şirkətin səhmlərini alması, onu dostlarına təklif etməsi, digər investorlara şirkətin səhmlərini nə üçün almalı olduqlarını izah etməsi və hər kəsin bu şirkətin səhmlərini almağa təşviq etməsi və almalarına nail olması şirkətə pul gətirir. Pulu düzgün istifadə etməyi bacaran şirkətlər isə investorların pulları ilə daha da uğur qazanır və əlbəttə bu uğurun maddi nəticəsini yəni mənfəəti səhmdarlarla bölüşdürür və ya yeni uğuru maliyyələşdirmək üçün istifadə edib böyüyür. Bunun nəticəsidir ki, dünyada yüzlərlə şirkətin dəyəri milyardlarladır. Partnyorları milyonçular və milyarderlər olanların dəyəri milyard olması ciddi səbəb nəticə əlaqəsidir.
Eləcə də bax: Dövlət İmtahan Mərkəzi - NİYƏ ÖZƏLLƏŞDİRİLMİR? – HÖKUMƏTƏ TƏKLİF
Bəs biz ölkəmizdə bu milyonçuları necə özümüzə partnyor edə bilərik? Onları haradan tapaq?
- İnvestorlar fərqi yoxdur milyonerdir ya yox qazanmaq üçün daim investisiyalar edir. O bəzi hallarda əmanət yerləşdirib banklara borc veriri, bəzən öz şirkətini yaradıb ora investisiya edir, bəzən daşınmaz əmlak alır, bəzən valyuta ticarəti edir və s. əsas məsələ qazanmaqdır. Amma daha çox investorlar (həm say və həmdə məbləğ olaraq) öz işini əla bilən insanların qurduğu şirkətlərdə kiçik paylar (səhmlər) alaraq onların işləməsindən və gəlirindən qazanırlar. İnvestorlar bu qərarları çox sadə verirlər: bankda depozit 6-7% verir, daşınmaz əmlakın icarəsindən 4-5% qazana bilərəm, bəs qiymət qalxa bilər ya yox, səhmləri alsam neçə faiz qazanacam, bu şirkət bizə nə vəd edir. Siz isə 10-15% qazanmağı vəd edirsiz və investorların bir hissəsi bu qərarlardan Sizin şirkətə investisiya etmək qərarı verir. İkinci sual isə mənim investisiyam necə qorunur? Bank depozitini dövlət sığortalayır, daşınmaz əmlakın qiymətinin düşməsi riski var, amma insanlarda köklü inanc var ki, qiymət düşməz və daşınmaz əmlak real göz qabağında olduğu üçün bu inanc möhkəmdir. Səhmlərə investisiya edilən pulu isə Sizə olan etibar və sizin profesionallığınızla yanaşı qanunlar qoruyur. Necə? Siz səhmləri kütləvi təklif edən zaman o dövlət qeydiyyatına alınır, maliyyə hesabatlarınız hazırki, vəziyyəti, son illər gördüyünüz işləri göstərir, səhmləri Bakı Fond birjasında satacağınız halda isə onlar sizdən hər rüb hesabat təqdim etməyinizi istəyir. Beləliklə, işlərin necə getdiyini hər 3 aydan bir müşayyət etmək olur. Siz də açəqlamalar verməklə səbəbləri investorların nəzərinə çatdırırsız. əlbəttə, bütün proses audit rəyi də tələb edir ki, inanılmış auditlər sizin düz məlumat təqdim etdiyinizi təsdiqləyir. Beləliklə, minlərlə investorlar təhlillər edərək Sizə inanır və səhmlərinizə qiymət müəyyən edir almağa çalışır. əlbəttə, inanmayanlar daha çox ola bilər. Amma investorlar o qədər çoxdur ki, səhmləri almaq istəyənlər mütləq olacaqdır. Burada demək olar ki, vəziyyəti siz idarə edirsiniz. Düzgün qərarlar verməklə daim inkişaf edirsiniz, riskləri əvvəlcədən görməklə tədbirinizi alırsız və bütün məlumatları şəffaf şəkildə düzgün ötürürsüz ki, inananlar digərlərini də inandıra bilsin. Ölkəmiz demək olar ki, investorlar ölkəsidir. Siz onları cəlb etmək üçün sadəcə səhmlərinizi satışa çıxarmalısınız.
Proses necə baş verir?
- Təsəvvür edə ki, Siz bir neçə miyon dəyəri olan şirkətin sahibisiz. Şirkət öz işini yaxşı görür. Gəlirlik 10-15% təşkil edir. Amma siz bilirsiz ki, artıq vəsait olsa effektivliyi artırıb gəlirliyi 15-20% edə bilərsiz. Banklardan aşağı faizlə kifayyət qədər kredit götürmüsüz və ya bunu etmək istəmirsiz. Sizə uzun müddətli geri istənməyən vəsait lazımdır amma mərhələli şəkildə. Yəni bir neçə illik planınız var. Bazar payınızı böyütmək, ixracı artırmaq istəyirsiniz. Yaxud bunu etməsəniz bazarda qala bilməyəcəksiz. Bilirsiniz ki, maksimum effektivliyi müəyyən kapisitəyə çatandan sonra əldə edə bilərsiz və bir çox hallarda müəyyən dövriyyədən sonra ciddi gəlir əldə edə bilərsiniz.
Siz bu şirkətin sahibisinizsə yaxınlaşın bir investisiya şirkətinə proses başlasın. İnvestisiya şirkətinin maliyyəçiləri vəziyyəti təhlil edəcək, maneələri tapıb həllini təqdim edəcək. Siz şirkətin dəyərini nizamnamə kapitalına çenivəcəksiniz. İlk növbədə əmin olmalıyıq ki, Sizin şirkətdəki investisiyanız öz dəyərini sənədlərdə ifadə etsin. Sonra şirkət açıq səhmdar cəmiyyətinə çevriləcək, audit olunacaq və proses başlandı. ASC olmaqla Siz dividend ödəyən zaman 10% ödəmə mənbəyindən vergidən azad olacaqsız, yəni gəlirinizi şirkətdən çıxarmaq xərcsiz olacaq. Audit isə Sizə istənilən halda lazımdır. Bilməlisiz ki, şirkətdə vəziyyət necədir. Şirkətin dəyərinin isə sənədlərlə təsdiq edilməsi istənilən vaxt investor cəlb etməkdə Sizə kömək olacaq və həm də səhmlərinizi girov qoymaqla illik 5-6%-lə borc ala bilərsiz investisiya şirkətindən.
İndi keçək prosesə artıq hazırsız
- Əgər investisiya şirkəti sizinlə bu yola daxil olubsa demək ki, Sizə inanır və artıq bir investorunuz var. Digər investorları cəlb etmək onun işidir. İlk növbədə 2020-ci ildə nizamnamə kapitalının 10%-ni satmaq üçün deyə ki, 500 000 - 1 000 000 AZN dəyərində səhmləri kütləvi təklif edirsiniz (çox böyük şirkət düşünmürük). İnvestisiya şirkəti bütün səhmləri ya alır ya da digər investorlara satır. Bu gün investisiya şirkətlərnin təsir etdiyi məbləğ 1 milyarda yaxındır. Səhmlərə tələbi görürük və qiymət formalaşır. ən minimum qiymət Sizin istədiyiniz qiymət ola bilər. Ondan yuxarı qiyməti isə Siz invstorların təklifində görəcəksiz. Beləliklə, başladıq. Siz hər rüb məlumat açıqlayırsız və investisiya şirkəti isə səhmlərə ikinci bazarda tələb yaradır. Qiymət qalxmağa başlayır. Artıq səhmləriniz və şirkətiniz hər kəsin diqqət mərkəzindədir. Bütün investisiya şirkətləri birinci olduğunuz və yalnız siz olduğunuz üçün bütün investorlara Sizin səhmləri təklif edirlər. Qiymət 2-3 dəfə qalxa bilər. Bu sizin açıqladığınız real məlumatlardan asılıdır. Siz istəsəniz özünüzdə qalan 90% səhmlərdən bu qiymətlə bazara sata bilərsiniz. 6-12 ay sonra ikinci emissiyanı edib yenə də 10-20% səhmlərinizi bazara təklif edirsiniz. Artıq sizin səhmlərinizi almaq istəyən investor kütləsi vardır. Hamı başa düşür ki, bu pul Sizin şirkətinizə daxil olandan sonra siz daha nələr edəcəksiziniz və onlar qazanacaq. Beləliklə, ikinci təklifi də satıb vəsaiti cəlb edirsiniz və plan üzrə işlərinizi davam etdirirsiniz. Bu dəfə qiymət daha yuxarı olduğu üçün səhmlərin 10%-ini satmaq Sizə iki qat pul gətirə bilər. Beləliklə, siz bir ilə şirkətinizin dəyərini 2 dəfə qaldırmış ola bilərsiniz. Sadəcə öz işinizi daha yaxşı görməklə. Səhmlərlə bağlı işləri isə investisiya şirkəti özü görəcəkdir. Növbəti il artıq siz Azərbaycan kapital bazarının çempionu olmuş olacaqsız. Hər kəs Sizi müzakirə edir, məhsullarınız və addımlarınızı müzakirə edir. Hər kəs səhmlərinizi almaqla Sizdən qazanmağa və qazana bilmək üçün də işlərinizdə Sizə dəstək olmağa çalışır. ən azı məhsullarınızı alır, tövsiyyə edir, qara PR-ları araşdırır və onlara cavab verib Sizin tərəfinizi tutur.
Niyə 2020-də başlayaq?
- Proses özü də vaxt tələb edir. Audit olunmaq 2-3 ay, təhlillər və dəyişikliklər etmək 2-3 ay və s. Digər tərfdən də investorların etibarını qazanmaq üçün 1-2 il keçməli, məlumatlar açıqlanmalı, gəlirlər görünməli, dividendlər ödənilməlidir. Digər tərəfdən isə ölkəmizdə birdən birə 50-100 miyon AZN toplaya biləcək İPO etmək asan deyil. Həm bu yeni addım olacaq insanların reaksiyası ilk vaxtlar gözləmə mövqeyi ola bilər, həm də 50 milyonu götürüb birdən birə iş görəcək şirkət də azdır. Yəni vəsait toplansa da onu effektiv istifadə etmək çətin olacaq. Uzun müddətli plan edib maliyyələşmə mənbəyi kimi də investisiya şirkətini seçib yola davam edilməlidir.
Uzağa getmək istəyirsinizsə gəlin bir yerdə gedək.
Fins