Yanvarın 13-də prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycandakı kapital bazarlarının inkişafı da müzakirə edilib.
Eləcə də bax: İlham Əliyev: «Banklara ciddi nəzarət edin - HEÇ BIR «SÜRPRIZ» OLMASIN»
İclasda Mərkəzi Bankın sədri (hansı ki, indi qiymətli kağızlar bazarını da tənzimləmək səlahiyyəti verilib – FED.az) Elman Rüstəmov bildirib ki, indiyədək Azərbaycanda kapital bazarları inkişaf etməyib: «Biz indi araşdırma aparırıq, görürük ki, birjada, listinqdə olan kampaniyaların çoxlarının heç bir əməliyyatları yoxdur. Biz İqtisadiyyat Nazirliyi, hökumətlə birlikdə baxmalıyıq ki, hansı çempionlar yarada bilərik, hansı müəssisələrimiz hazırdırlar ki, bu gün öz səhmləri, qiymətli kağızları ilə Azərbaycanın qiymətli kağızlar bazarına çıxsın və buradan vəsaitləri cəlb etsinlər».