2023-cü ilin 2-ci rübündə Netflix xidmətinin gəliri 2,72% artaraq 8,30 milyard dollar proqnoza qarşı 8,19 milyard dollar təşkil edib.
Netflix istifadəçiləri öz hesab məlumatlarını başqaları ilə paylaşa biləcəklər - QİYMƏT
FED.az xəbər verir ki, şirkətin xalis mənfəəti 3,26% artaraq 1,49 milyard dollar və ya hər səhm üçün 3,29 dollar olub. Ekspertlər hər səhmə görə 2,86 dollar mənfəət gözləyirdilər.
Rəqəmlər açıqlandıqdan sonra Netflix səhmləri 19 iyulda 8,29% ucuzlaşaraq 438 dollara düşüb. Bunun əsas səbəbi Netflix-n gəlirinin proqnozdan aşağı olmasıdır. Səhmlərə təzyiq həm də şirkətin üçüncü rüb üçün gəlir proqnozunun (8,52 milyard dollar ) konsensusa proqnozdan (8,67 milyard dollar) aşağı olmasıdır. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.