“AzerGold” istiqrazlarının daha aşağı faizlə yerləşdirilməsi bizim üçün çox gözəl perspektivlər açır”.
Eləcə də bax: “AzerGold” istiqrazlarına böyük məbləğdə - Sifarişlər Verilib
FED.az xəbər verir ki, bunu, “AzerGold” QSC-yə aid istiqrazların Bakı Fond Birjasında tədavülə buraxılması münasibətilə keçirilən “Açılış zəngi” mərasiminidə İqtisadiyyat Naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, vəsait cəlb edilməsi üçün istiqraz buraxılması indiyə qədər dövlət müəssisələri tərəfindən nadir hallarda istifadə edilən alət olubdur: "İndiyə qədər dövlət müəssisələri arasında, daxili bazarda, yalnız iqtisadiyyatımızın flaqmanı olan SOCAR şirkətinin qiymətli kağızları (istiqrazları - red) bazarda dövriyyədədir. Qeyri-neft sektorunu təmsil edən və qeyri-neft sektorunda əsas ixracatçılardan biri olan “AzerGold”un qiymətli kağızlarının bazarda daha aşağı faizlə yerləşdirilməsi bizim üçün çox gözəl perspektivlər açır. Çünkli dövlət mülkiyyətində olan digər müəssisələrin də alternativ maliyyələşmələri üçün imkanlar açır. Biz çalışacağıq ki, gələcəkdə digər dövlət şirkətlərinə də dəstək olaq. Bu növ əməliyyatlar həm qiymətli kağızlar buraxan müəssisələrə, həm də investorlara faydalıdır”. (Marja)