““AzerGold” QSC-nin emissiya etdiyi istiqrazlara maraq böyükdür. Sifarişlər onu göstərir ki, istiqrazlara tələb təklifi bir neçə dəfə üstələyəcəkdir”.
FED.az xəbər verir ki, bunu, “AzerGold” QSC-yə aid istiqrazların Bakı Fond Birjasında tədavülə buraxılması münasibətilə keçirilən “Açılış zəngi” mərasiminidə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Ceyhun Hacıyev bildirib.
Ceyhun Hacıyev əlavə edib ki, “AzerGold” istiqrazlarının aktiv təkrar bazarının olacağı gözlənilir.
Qeyd edək ki, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayterliyi ilə, ümumi dəyəri 20 milyon ABŞ dolları olan və birinci tranş üzrə 10 milyon ABŞ dolları həcmində buraxılan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
“AzerGold” istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi isə 4% təşkil edir. İstiqrazların tədavül müddəti 3 ildir. İstiqraz sahiblərinə faiz gəliri 3 aydan bir ödəniləcəkdir. (Marja)