Texnologiya şirkətlərinin səhmlərinin satıldığı «Nasdaq 100» birja indeksi tarixində rekord həddə yüksəlib.
Bitkoin sürətlə artır – 50 MİN DOLLARI KEÇDİ – SON QİYMƏT
FED.az xəbər verir ki, avqustun 23-də indeks 15268,10 təşkil edib. Ekspertlər bildirirki, indeksin belə kəskin artması ABŞ iqtisadiyyatında baş verən pozitiv hadisələr və xəbərlərlə bağlıdır.
«İnvestorlar FED rəhbəri Cerom Pauellin çıxışını gözləyirlər. Ola bilər ki, hökumətin iqtisadiyyata pul ötürməsi ilə bağlı proqram dayandırılsın. Bundan başqa, ABŞ-da daşınmaz əmlak bazarı ilə bağlı müsbət statistika da açıqlanıb»-deyə beynəlxalq bazarlar üzrə ekspert Oksana Xolodenko bildirib.
Xatırladaq ki, ABŞ-ın Nasdaq birjası yüksək texnoloji şirkətlərinin səhmlərinin satışı platformasıdır. Buraya Apple, Facebook, Microsoft və Tesla kimi şirkətlər aiddir. «Nasdaq 100» indeksi isə birjada ticarət olunan 100 ən byöük şirkətin səhmlərini əhatə edir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür