Dünyanın kriptovalyuta bazarı son bir neçə həftəlik enişdən sonra mövqelərini bərpa etməyə başlayıb.
FED.az xəbər verir ki, əsas kriptovalyuta salına bitkoin son həftə ərzində 5,2%, son sutkada isə 2,6% bahalaşaraq 50 min dollarlıq psixoloji həddi keçib. Hazırda bitkoinin qiyməti 50050-50100 dollar arasında dəyişir. Bir ay əvvəl bitkoin 33,8 min dollar idi, ötən dövrdə 47,6% bahalaşıb.
Bitkoinlə birlikdə bazardakı başqa əsas koinlər də sürətlə qiymət yığmaqdadır.
Ethereum-un qiyməti son bir sutkada 3,6% artaraq 3300 dolları keçib.
Cardano isə son bir gündə 12%, son bir həftədə isə 31% bahalaşaraq 2,8 dollar olub.
Ripple - 1,25 dollar, Dogecoin isə 0,3211 dollardan ticarət edilir.