Bu ilin yanvarından indiyədək Moskva Birjasında əməliyyatların həcmi 1 kvadrilyon rublu və ya 14,5 trilyon dolları keçib.
Moskva birjası manatla - Ticarətə Başlamağı Planlaşdırır
FED.az xəbər verir ki, bu göstərici ilə birjanın dövriyyəsi 2021-ci ilin tam dövriyyəsini geridə qoyub. (1,009 kvadrilyon olmuşdu).
Birjanın rəhbəri Yuri Denisov «Kommersant» qəzetinə bildirib ki, dövriyyənin belə yüksək olmasının səbəbi pul bazarı olub. Pul bazarı bütün iştirakçıları vəsaitlə təmni etməyə imkan verib. Onun sözlərinə görə, beynəlxalq sanksiyalar şəraitində Rusiyanın maliyyə bazarı «qeyri-standart» vəziyyətə uyğunlaşa bilib.
Belə ki, yanvardan indiyədək Moskva birjasında 5 trilyon rubl (72,5 milyard dollar) həcmində istiqraz buraxılıb. Birjada yerləşdirilən dövlət istiqrazlarının həcmi isə 2,94 trilyon rubl (42,6 milyard dollar) təşkil edib.
Birja rəhbəri bildirib ki, Moskva birjasında Rusiyaya «dost» ölkələrin valyutaları ilə əməliyyatların payı 70 dəfə artıb. Hazırda Moskva birjasında ən populyar xarici valyutalar belarus rublu, qazax tengesi və çin yuanıdır. İlin əvvəlində, yanvarda birjada bu valyutalarda əməliyyatlar ümumi dövriyyənin 0,5%-ni təşkil etdiyi halda, hazırda bu göstərici 34%-ə yüksəlib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.