Moskva birjası 2023-c ildə Azərbaycan manatı ilə ticarətə başlamaq imkanını nəzərdən keçirir.
Mayın 11-dən bəri ilk dəfə avro 74 rublu, dollar 69 rublu - KEÇDİ
FED.az xəbər verir ki, bu barədə Moskva birjasının Biznesin inkişafı departamentinin icraçı direktoru Kirill Pestov məlumat verib.
"Biz 10-a yaxın valyuta cütlüyünü nəzərdən keçiririk, o cümlədən BƏƏ dirhəmi, Azərbaycan manatı, Misir funtu, bunlar ölkəmizin böyük xarici ticarət tərəfdaşlarıdır. Digər valyutaların işə salınması və inkişaf potensialını öyrənəcəyik, tənzimləyicilər və bazar iştirakçıları tərəfindən maraq var", - o jurnalistlərə bildirib.
Birja 2022-ci ildə beş yeni valyuta ilə ticarətə başlayıb: Ermənistan dramı, Cənubi Afrika randı, Özbəkistan somu, Qırğızıstan somu və Tacikistan somonisi. (İnterfaks-Azərbaycan)