Moskva vaxtı ilə saat 10:00-dan etibarən Moskva Birjasının fəaliyyəti bərpa olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Moskva Birjasının məlumatında deyilir.
Saat 10:00-dan etibarən ticarətin bərpa olunub, açılış auksionları 9:50-də başlayıb, sifarişləri geri götürmək üçün sistemlər əlçatandır", - ticarət platforması xəbər verir.
***
Moskva Birjası bütün bazarlarda, o cümlədən valyuta və birja bölmələrində ticarəti dayandırıb.
Eləcə də bax: Rusiya ilə Ukrayna arasında gərginliyin artması “Bitcoin”ə də - TƏSİR ETDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, ticarətin dayandırılmasından əvvəl əlavə sessiyaların dinamikasını izləyən IMOEX2 indeksi 11%-dən çox çöküb.
Qeyd edək ki, fevralın 24-nə keçən gecə Rusiya Prezident Vladimir Putin Donbassda xüsusi əməliyyatın başlandığını elan edib. Bu fonda Rusiyanın bütün aktivləri çöküb, eyni zamanda neft qiymətləri tədarükün kəsilməsi qorxusu səbəbindən bir barel üçün 100 dollardan yuxarı qalxıb.
Dollar-rubl cütlüyündə ticarət 84,07 rubl (+3,59%) səviyyəsində, avro-dollar cütlüyündə ticarət 95,24 rubl (+3,86%) səviyyəsində dayanıb. Səhmlərin ucuzlaşmasına görə "Petropavlovsk" və "OZON" lider olub. Belə ki, bu şirkətlərin səhmləri 21-22% ucuzlaşıb.