Rusiya ilə Ukrayna arasında gərginliyin artması səbəbindən “Bitcoin” 37 min dollardan aşağı düşüb.
FED.az biznes və maliyyə xəbərləri portalı Oxu-az-a istinadən xəbər verir ki, dünyanın ən qiymətli kriptovalyutası həftə sonu 40 000 dollardan aşağı düşüb və Ukrayna böhranı gücləndikcə ucuzlaşmağa davam edib.
“CoinDesk”in məlumatına görə, çərşənbə axşamı “Bitcoin” 36 649 dollara satılıb və son 24 saatda təxminən 6,5 faiz ucuzlaşıb.
Noyabrda pik həddə- 68 990 dollar olan valyuta geosiyasi gərginlik, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırma ehtimalı və bəzi böyük iqtisadi güclər tərəfindən rəqəmsal aktivlərə qoyulan məhdudiyyətlər fonunda dəyərinin demək olar ki yarısını itirib.
Dünyanın ikinci ən qiymətli kriptovalyutası olan “Ethereum” son 24 saat ərzində 8 faizdən çox ucuzlaşaraq 2520 dollara satılıb.
Mütəxəssislər bildirirlər ki, “Bitcoin” tezliklə sabitləşməyəcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.