Moskva birjası çərşənbə günü elan edib ki, cümə axşamı, iyunun 13-dən dollar və avro ticarətini dayandıracaq.
Avropalı investorlar Azərbaycanın dövlət istiqrazlarını əldə edib
FED.az xəbər verir ki, bu addım o deməkdir ki, banklar, şirkətlər və investorlar artıq likvidlik, klirinq və nəzarət baxımından üstünlüklər təklif edən mərkəzi birja vasitəsilə hər iki valyuta ilə ticarət edə bilməyəcəklər.
Digər yandan həmin gün ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb.
Bu sanksiyalar paketi Rusiyanın maliyyə infrastrukturunu hədəfə alaraq Rusiyaya daxil olan və çıxan pulların həcmini məhdudlaşdırmaq məqsədi daşıyır.
Rusiya valyuta bazarında dollar ticarətində vasitəçi kimi çıxış edən Moskva Birjası, Milli Klirinq Mərkəzi və Milli Hesablaşma Depozitarisi yeni sanksiyalar siyahısına daxil edilib.
Sanksiyalar G7 liderlərinin tezliklə İtaliyada toplaşacağı zirvə toplantısına hazırlaşdıqları bir vaxta təsadüf edir, burada əsas prioritet Ukraynaya dəstəyi artırmaq olacaq.
Rusiya Mərkəzi Bankı birjadankənar bazarda dollar və avrodan istifadə edilən əməliyyatların davam edəcəyini açıqlayıb.
Qeyd edək ki, müharibə başlayandan bəri ABŞ Moskvaya pul və silah axınını kəsmək cəhdi ilə 4000-dən çox Rusiya şirkət və fərdinə sanksiya tətbiq edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.