İngiltərənin bir bankı, eləcə də Polşadan olan investorlar Azərbaycanın dövlət istiqrazları bazarında aktiv fəaliyyətə başlayıblar.
“Kapital Bank”ın 50 milyon manatlıq istiqrazlarına 42 investor sifariş verib
FED.az xəbər verir ki, bunu Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə anderrayter - "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin İdarə Heyətinin sədri Ceyhun Qasımov keçirdiyi mətbuat konfrasında bildirib.
"Hazırda biz həmin investorlara vasitəçilik xidmətləri göstəririk. İnanırıq ki, Milli Depozit Mərkəzi öz platformasını beynəlxalq depozit mərkəzlərinə inteqrasiya etdikdən sonra daha çox xarici investor Azərbaycan bazarına daxil olacaq", - deyə o qeyd edib. (Report)