Ticarət məlumatları göstərir ki, misin qiyməti çərşənbə axşamı yüksəlir.
FED.az xəbər verir ki, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) iclasının nəticələrindən əvvəl dolların ucuzlaşması sənaye metalına tələbi dəstəkləyir.
Eləcə də bax: Birjalarda buğda 6 faizdən çox - BAHALAŞIB
Comex birjasında dekabr ayı mis fyuçersləri 1,68% bahalaşaraq 1 funt (təxminən 0,45 kiloqram) üçün 3,4362 dollara çatıb.
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0,24% azalaraq 111,25 bənd təşkil edib. Dolların zəifləməsi xammalı, o cümlədən misi valyutada aldıqda daha münasib edir.
Tənzimləyicinin qərarları dolların məzənnəsində əks olunduğundan bazarların əsas diqqəti Federal Ehtiyat Sisteminin noyabr iclası ətrafında cəmlənib. Aanalitiklərin 88%-i FED-in faiz dərəcəsini 0,75 baza bəndi artıraraq illik 3,75-4%-ə yüksəldəcəyini gözləyir.
Eyni zamanda, dekabr iclasında faizin 4,25-4,5% səviyyəsinə çatdırılacağı gözlənilir. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.