Çikaqo əmtəə birjasında buğda qiymətləri 6 faizdən çox artıb.
Eləcə də bax: Buğda ucuzlaşır, çörəyin qiymətinə - NECƏ TƏSİR EDƏCƏK?
FED.az xəbər verir ki, bu gün səhər saatlarında bir buşel (35 kiloqramdan çox) buğdanın dekabr fyuçersləri 6,13 faiz bahalaşaraq 8,8 dollara çatıb.
Qeyd olunur ki, bahalaşmaya Rusiyanın "taxıl sazişi"ndən çıxmasını elan etməsi səbəb olub.
Xatırladaq ki, Rusiya XİN həftəsonu Qara dənizdə təhlükəsizlik məsələlərini əsas gətirərək sazişin icrasını dayandırdığını elan etmişdi.
"Taxıl sazişi" bu ilin avqustunda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri arasında əldə olunmuşdu. (Trend)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.