14 aprel 2023-cü il tarixində Milli Depozit Mərkəzinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
Mərkəzi Bankın notlarını özəl şirkətlər də ala biləcək – QAYDALAR DƏYİŞDİ
FED.az xəbər verir ki, iclasın gündəliyində duran məsələlərdən biri Müşahidə Şurasına yeni üzvün təyin edilməsi olub.
İclasın qərarına əsasən Məmmədova Nazlı Ramiz qızı Milli Depozit Mərkəzinin Müşahidə Şurasının müstəqil üzvü təyin edilib.
Nazlı Məmmədova 19 oktyabr 1987-cı ildə Özbəkistan Respublikası, Zarafşan şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinin (Xüsusi İstedadlar Qrupu) bakalavr, 2011-ci ildə isə həmin universiteti magistr dərəcəsi ilə bitirib.
N.Məmmədova əmək fəaliyyətini 2010-cu ildə "Ernst & Young Azerbaijan"-da audit mütəxəssisi vəzifəsində başlayıb. 2010-2017-ci illərdə "Ernst & Young Azerbaijan"-da müxtəlif vəzifələrdə çalışıb.
2017-ci ildə N.Məmmədova Azərbaycan Beynəlxalq Bankında Maliyyə Menecment Departamentinin direktoru vəzifəsinə təyin edilib, 2019-cü ildən isə “Moonwake Investment” MMC-də Baş Maliyyə İnzibatçısı vəzifəsində çalışır.
Qeyd edək ki, Milli Depozit Mərkəzinin Müşahidə Şurası beş nəfərdən ibarətdir. Müşahidə Şurasının tərkibinə maliyyə bazarlarına nəzarət orqanının iki nümayəndəsi, mərkəzi depozitarın üzvlərinin iki nümayəndəsi və bir müstəqil üzv daxildir.
Beləliklə, Milli Depozit Mərkəzinin Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilib:
Elçin Əlizadə - Müşahidə Şurasının sədri
Umeyra İbrahimova – Müşahidə Şurasının sədrinin müavini
Nadir Babazadə – Müşahidə Şurasının üzvü
Elçin Məmmədov – Müşahidə Şurasının üzvü
Nazlı Məmmədova – Müşahidə Şurasının müstəqil üzvü.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür