«MFX Trading»in dövriyyəsi 2,4 dəfə artıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-cı ilin yanvar ayında "MFX Trading İnvestisiya Şirkəti"-nin birja dövriyyəsi 8,7 milyon manat təşkil edib.
Ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 5,1 milyon manat və ya 2,4 dəfə artıb.
Hesabat dövründə şirkətin ARMB qiymətli kağızları üzrə dövriyyəsi təxminən 5 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyəsi cəmi 170 manat təşkil edib. Ötən ilin yanvar ayında olmayıb.
Repo əməliyyatları üzrə dövriyyə 3,69 milyon manat təşkil edib ki, bu da ötən ilin yanvar ayındakı göstəricidən 94 min manat (2,6%) artıqdır.
Şirkətin əməliyyatlarının sayı 2 ədəd (5%) artımla 6-ya bərabər olub.











