"İnno Kapital İnvestisiya Şirkəti" ASC 2026-cı ilin yanvar ayında fəaliyyətində kəskin artıma nail olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin birja dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 75,4 milyon manat və ya 42 dəfə artaraq 77,3 milyon manata çatıb.
Artımın əsas səbəbi şirkətin repo bazarına 75 milyon manatlıq əməliyyatla daxil olması olub. Belə ki, ötən ilin yanvar ayında şirkətin repo əməliyyatı olmayıb. Dövlət istiqrazları üzrə dövriyyəsi də ötən ilin yanvar ayında olmasa da bu il 2 milyon manat təşkil edib.
Bununla yanaşı, şirkətin korporativ istiqrazlar üzrə dövriyyəsi 1,6 milyon manat (-8,8 dəfə) azalıb və 209 min manat təşkil edib.
Hesabat dövrünün nəticələrinə görə, «İnno Kapital»ın əməliyyatlarının sayı 19 ədəd (59,4%) artımla 51-ə bərabər olub.











