“Bloomberg” məlumatlı mənbələrə istinadən yazır ki, “Meta” şirkəti tarixində ilk dəfə istiqraz bazarına çıxa bilər. Mənbələrə görə, “Meta” şirkəti “JPMorgan Chase & Co”, “Morgan Stanley”, “Barclays Plc” və “Bank of America Corp” banklarından sabit gəlir alətlərində investorlarla bir sıra görüşlər təşkil etməyi xahiş edib.
Eləcə də bax: Zuckerberg kriptovalyuta layihəsini - BAĞLAYIR
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Bloomberg”in tərtib etdiyi məlumatlara görə, “Meta”, icarə öhdəlikləri istisna olmaqla, birinci rüb üçün qısamüddətli və ya uzunmüddətli borcu olmayan 18 S&P 500 şirkətindən biridir.
Avqustun 3-də beynəlxalq reytinq agentlikləri “S&P Global Ratings” və “Moody’s” “Meta”ya müvafiq olaraq “AA-” və “A1” reytinqləri veriblər.
Agentlik xatırladır ki, “Meta”nın səhmləri 2022-ci ilin əvvəlindən ucuzlaşır – fevralda onlar bir anda 20%-dən çox düşüb. Daha sonra eniş güclənib və “Meta” bir günlük birja çöküşünün ölçüsünə görə rekord vurub – 25%.
Bütövlükdə, “Meta” səhmləri “TikTok”dan artan rəqabət, eləcə də şirkətin baş direktoru Mark Zukerberqin metaversenin inkişafına yönəlməsindən qorxan investorların iqtisadi narahatlıqları fonunda ilin əvvəlindən bəri 52% ucuzlaşıb, “Bloomberg” xəbər verir.