ABŞ-ın “Meta” korporasiyası “Novi” kriptocüzdanını bağlamağa qərar verib.
Eləcə də bax: Ən böyük kriptovalyuta investisiya fondlarından biri - İFLAS EDİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, iyulun 21-dən etibarən istifadəçilər cüzdanlarını artıq doldura bilməyəcəklər. İstifadəçi pullarını çıxarmadığı halda, “Meta” onları bank hesabına və ya debet kartına köçürəcək.
Korporasiyanın nümayəndəsi qeyd edir ki, “Novi” üçün hazırlanmış texnologiyalar digər layihələrdə, məsələn, metakainatın yaradılmasında istifadə olunacaq.
2021-ci ilin oktyabrında “Facebook” metakainatın inkişafına diqqət yetirmək üçün rebrendinq edib. Şirkətin təsisçisi Mark Zuckerberg söyləyib ki, yeni virtual reallıqda istifadəçilər özünə bənzər avatarlar əldə edəcəklər.
2021-ci ilin oktyabrında “Meta” ABŞ və Qvatemaladakı istifadəçilər üçün “Novi” layihəsini işə salıb. “Novi” ABŞ dolları ilə dəstəklənən və “Paxos” tərəfindən buraxılan Pax Dollar steyblkoinini dəstəkləyib.
Dekabr ayında “Novi”nin rəhbəri Stefan Kasriel elan edib ki, “WhatsApp”ın ABŞ-dakı istifadəçiləri komissiya və digər məhdudiyyətlər olmadan kriptovalyuta ilə ani köçürmələr edə biləcəklər.