Bu ilin I rübündə müxtəlif ölkələrin mərkəzi bankları və oxşar təşkilatları 228 ton qızıl alıb ki, bu da son 23 ilin I rübünün ən yüksək göstəricisidir.
Qızılın bahalaşmasının davam edəcəyi ehtimal edilir - İnvestAZ TƏQDİM EDİR
FED.az xəbər verir ki, bu barədə “Dünya Qızıl Şurası”nın (WGC) hesabatında bildirilir.
Sənəddə həmçinin deyilir ki, bu, həmçinin sonuncu dəfə 2013-cü ildə qeydə alınmış rekord göstəricidən 34 % çoxdur.
Rüb ərzində ən çox qızıl alışını 69 ton olmaqla Sinqapur Valyuta Təşkilatı həyata keçirib. II yerdə Çin Xalq Bankı (58 ton), III yerdə isə Türkiyə Mərkəzi Bankı (30 ton) qərarlaşıb.
“Bank sektorundakı təlatümlər, geosiyasi gərginliklər və qlobal iqtisadiyyatdakı çətinliklər fonunda qızılın dünyada rolu yenidən artmağa başlayıb. Ona görə də, bu il qızıla tələbatın artmasının davam edəcəyi gözlənilir”, – deyə hesabatda qeyd olunub.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.