Dekabrın 13-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Eləcə də bax: Bakı Fond Birjasında əməliyyatların həcmi - AZALMADA QALIR
FED.az BFB-dən "AZƏRTAC"-a istinadən xəbər verir ki, hərraca çıxarılan notların həcmi 30 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 84 gündür. Notlar martın 9-da ödəniləcək. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır. Hərrac zamanı notların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçiriləcək. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.