Bakı Fond Birjasında 2019-cu ilin 11 ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 13 milyard 5 milyon 127 min manat təşkil etmişdir. Birjanın aylıq statistikasına görə, bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 546 milyon 88 min manat və ya 4% azdır.
FED.az xəbər verir ki, 2018-ci ilin 11 ayı ərzində əməliyyatların həcmi 13 milyard 551 milyon 216 min olmuşdu.
Eləcə də bax: Notların yerləşdirilməsi üzrə - HƏRRAC KEÇİRİLƏCƏK
“Nəticə olaraq, 2019-cu ilin on bir ayında dövlət qiymətli kağızların ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, dövlət qiymətli kağızların təkrar bazarında ticarət həcmi 293%, korporativ qiymətli kağızların təkrar bazarında 76% və repo əməliyyatlarında isə 81% artım qeydə alınmışdır””, - Birjanın məlumatında deyilir.