Mayın 31-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) AZ2094024703 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Mərkəzi Bankın notları şirkətlərə - 9,5 FAİZ GƏLİR QAZANDIRIB
BFB-dən FED.az-a bildirilib ki, hərracı zamanı 15 investor tərəfindən qiymət intervalı 9783.1404 (9.5 faiz) manat və 9821.7033 (7.78 faiz) manat olan 17 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36 milyon 140 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9803.7293 (8.58 faiz) manat, orta ölçülmüş qiyməti isə 9812.7443 (8.1 faiz faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar avqustun 23-də ödəniləcək.
Bu gün, həmçinin Azərbaycan Mərkəzi Bankının AZ2093024704 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində, 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac təşkil olunub. Hərracı zamanı 13 investor tərəfindən qiymət intervalı 9,930.4866 (9 faiz) manat və 9,943.3890 (7.32 faiz) manat olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 32 milyon 750 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,930 (9 faiz) manat, orta ölçülmüş qiyməti isə 9,938 (7.93 faiz) manat müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar iyunun 28-də ödəniləcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.