26 avqust 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50100983S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Eləcə də bax: Banklar Mərkəzi Bankın notlarına öyrəşiblər – 5 QAT TƏLƏB
FED.az xəbər verir ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5158 (6.26%) olan 23 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 693,356,700.00 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 (6.26%), orta ölçülmüş qiyməti is 99.5158 (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200,000,000.00 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 23.09.2020-ci ildir.