19 avqust 2020-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (ARMB) 50100883S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5158 (6.26%) olan 20 sifariş təqdim edilib, sifarişlərin nominal qiymətlə ümumi məbləği 468,1 milyon manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 (6.26%), orta ölçülmüş qiyməti is 99.5158 (6.26%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil edib.
Notların ödəmə tarixi 16.09.2020-ci ildir.