Azərbaycan Mərkəzi Bankı dekabrın 13-də hərraca çıxardığı notlarının yarısını sata bilməyib. FED.az xəbər verir ki, dekabrın 13-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın (AMB) 50100266S dövlət qeydiyyat nömrəli, 300 milyon manat həcmində, 28 günlük qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Əvvəlki hərraclardan fərli olaraq bankların notlara marağı az olub - 300 milyon manatlıq notlara cəmi 147 milyon manatlıq tələb gəlib. Belə ki, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 98.8472 AZN (14.99%) və 99.2278 AZN (10.01%) olan 14 sifariş verilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 147 357 600,00 AZN olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.8472 AZN (14.99%), orta ölçülmüş qiyməti 99.0443 AZN (12.41%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 147 357 600,00 AZN təşkil edib.
Notların ödəmə tarixi 10.01.2018-dir.
Qeyd edək ki, oxşar vəziyyət AMB-nin dekabrın 11-də keçirdiyi depozit hərracında da yaranmışdı. Hərracda 400 milyon manat depozit toplamağı hədəfləyən Mərkəzi Bank cəmi 292,5 milyon yığa bilmişdi.
Eləcə də bax: Depozit hərracında manat niyə tapılmadı? - SƏBƏB