Azərbaycan Mərkəzi Bankı (AMB) “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin fəaliyyətində bir sıra pozuntular aşkarlayıb.
Mərkəzi Bank bir neçə BOKT-un vəzifəli şəxsini cərimələyib
FED.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Mərkəzi Bank tərəfindən aparılmış kompleks yoxlama zamanı qiymətli kağızlar bazarı haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbləri ilə bağlı bir sıra pozuntular qeydə alınıb. Pozuntuların aradan qaldırılması ilə əlaqədar “Capital Partners İnvestisiya Şirkəti” QSC-yə icrası məcburi göstəriş verilib.