17 may 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “MAX” MMC-nin ümumi dəyəri 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
“Partner Finance”ın istiqrazlarını gözlənildiyi kimi - 1 İNVESTOR ALDI
Bu barədə FED.az-a Birjadan bildirilib.
Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 500 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 13%, tədavül müddəti 24 ay, kupon faizlərinin ödəniş müddəti 90 gündən birdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.
Çap avadanlıqları üzrə xidmətlər göstərən "MAX" MMC-nin nizamnamə kapitalının 1%-i Abbasov Anar Alik oğluna, 73,99%-i "MAX Gürcüstan" şirkətinə və 25,01%-i "PAŞA İnvestments" MMC-yə məxsusdur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.