"SpaceX"in baş icraçı direktoru İlon Mask 2027-ci ildə ABŞ-dəki bütün uşaqlara bir səhm paylamağa söz verib.
İlon Mask yenidən trilyoner oldu – «Tesla» və «Space X»in səhmləri uçur
FED.az xəbər verir ki, "İnterfaks"ın məlumatına görə, bu barədə o sosial şəbəkələrdə yazıb.
Mask bunun bu cür addımların "birincisi" olacağını qeyd edib.
Agentliyin məlumatına görə, avqust ayına olan göstəricilərə əsasən, Mask "SpaceX"in təxminən 4,8 milyard səhminə sahib idi. O, variantlar üzrə və mükafat şəklində daha təxminən 1,6 milyard səhm əldə edə bilər. Faktiki olaraq ona məxsus olan qiymətli kağızlarla birlikdə bu, 48,4 % səviyyəsində benefisiar payına uyğundur.
1 iyul tarixinə ABŞ-də 18 yaşınadək 72 milyon sakin qeydə alınıb. Əgər onlara hərəyə bir "SpaceX" səhmi indi paylansa, onlar ümumilikdə təxminən 10,5 milyard dollar ekvivalentində vəsait əldə edəcəklər.
Həftəsonu ABŞ-nin süni intellekt startapı "Anthropic" öz səhmlərinin 5 %-ni şirkətin strukturu daxilində fəaliyyət göstərəcək və ictimai rifaha yönəlmiş yeni fonda verəcəyini elan edib. Mask "Anthropic"in "X"dəki paylaşımına cavab olaraq yazıb ki, səhmləri birbaşa insanlara verməyi tövsiyə edir.














