Mayın 19-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105009788 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Eləcə də bax: Azərbaycanda istənilən şəxs öz əmlakını - HƏRRACDA SATA BİLƏCƏK - YENİLİK
FED.az xəbər verir ki, ümumi məbləği 20 milyn manat olan istiqrazların yerləşdirilməsi üzrə hərrac zamanı 19 investor tərəfindən qiyməti intervalı 88.0000 AZN (18.4441%) və 100.1754 AZN (10.9000%) olan 25 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100 AZN (11,%), orta ölçülmüş qiyməti 100.0157 (10.9910%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 62 milyon 349,8 min manat, yerləşdirilmiş həcmi isə 20 mln. manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 17 may 2022-ci il.
Hərrac iştirakçıları 20 may 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.