Rusiyanın aparıcı neft şirkəti - “Lukoil”un səhmlərinin qiyməti ilk dəfə 7 500 rublu (təxminən 108 ABŞ dolları) keçib.
Eləcə də bax: Məşhur şirkət Azərbaycanın qaz layihəsindən çıxır - PAYINI 2,25 MİLYARD DOLLARA SATDI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Moskva Fond Birjasında ticarətin gedişatında səhmlərin qiyməti 7 517 rubla çatıb.
Qiymətli kağızların bahalaşması dünya bazarında neftin qiymətinin artması fonunda baş verir. Əmtəə birjalarında gələn ilin yanvar ayında çatdırılmaq şərtilə “Brent” markalı "qara qızıl"ın fyuçers qiymətləri 85 dollar/barel üzərində qərarlaşıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.