Rusiyanın «LUKOİL» şirkəti Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" qaz layihəsində “Petronas” şirkətindən 15,5% iştirak payının alınması haqqında müqavilə imzalayıb. Bu barədə Rusiyanın neft şirkətindən məlumat verilir.
FED.az xəbər verir ki, müqavilənin dəyəri 2,25 milyard dollar təşkil edəcək, müqavilənin SOCAR-ın razılığı da daxil olmaqla, şərtləri yerinə yetirildikdən sonra bağlanacağı gözlənilir.
Bu sövdələşmədən sonra sonra «LUKOİL»un «Şahdəniz» layihəsindəki payı 10%-dən 25,5%-dək artacaq və şirkət bu layihənin 2-ci ən böyük səhmdarına çevriləcək.
«Şahdəniz» layihəsinin digər iştirakçıları: operator BP (28,8%), TPAO (19%), SOCAR (10%), NICO (10%) və SGC (6,7%) şirkətləridir.
«Şahdəniz» layihəsinin dəyəri təqribən 5 dəfə artıb
On il yarım ərzində layihınin dəyəri bir neçə dəfə artıb. Hazırda «LUKOİL»un «Petronas» ilə sövdələşmədə alınan payı və yatırıan məbləği nəzərə alanda, ümumilikdə “ŞahLUKOYLdəniz”i $14,5 milyard dəyərində qiymətləndirmək olar.
Vaxtilə, 2004-cü ildə “LUKOİL” “LukAgip” birgə müəssisə üzrə tərəfdaşı olan İtaliyanın “ENI” şirkətinə həmin BM-nin ikinci 50%-nə görə ümumilikdə $143 milyon ödəyib. Beləliklə, həmin dövrdə “Şahdəniz”də 10% payı olan sahibkar-şirkətin dəyəri 300 milyon dollardan az idi. Kobud hesablamaya görə, həmin vaxt «Şahdəniz»layihəsinin qiyməti də 3 milyard dolları keçmirdi.
İndi isə bağlanan müqaviləni nəzərə alanda, layihənin dəyərinin təqribən 5 dəfə artdığını demək olar.
Müqavilə ilə bağlı açıqlama verən «LUKOYL»un prezidenti Vahid Ələkbərov bildirib ki, «LUKOYL» şirkəti də daxil olmaqla, minərlə Rusiya şirkəti Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşığın gücləndirilməsi üzrə 2018-ci ildə imzalanan plana cəlb olunub. Həmin sənəd 2018-ci ildə Vladimir Putin və İlham Əliyev tərəfindən imzalanıb.
«LUKOYL» şirkətinin «Şahdəniz» layihəsində payının artırılması Rusiya və Azərbaycan iqtisadiyyatlarının perspektivli sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaradır. Ötən 25 il ərzində «LUKOYL» Xəzərdə – bizim üçün strateji regionda ciddi hasilat və nəqliyyat infrastrukturu yaratmaqla böyük təcrübə qazanıb. Və biz fəxr edirik ki, neft hasilatı üzrə lider olan Xəzəryanı ölkələr mühüm beynəlxalq layihələrin reallaşması üçün bizim bacarıqlarımıza etibar edirlər» - deyə «LUKOYL»un prezidenti Vahid Ələkbərov bildirib.