11 may 2023-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin AZ1002020282 dövlət qeydiyyat nömrəli 50 min 125 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.
Azərbaycanda böyük gəlirlə işləyən lombard şirkətinin SƏHMLƏRİ SATIŞA ÇIXARILDI – QİYMƏT, ŞƏRTLƏR
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 2 005 manat qiymətindən 1 sifariş təqdim edilib.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 50,125 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 50 min 125 manat təşkil etmişdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.