24 avqust 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "Kredaqro" MMC-nin ümumi dəyəri 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Eləcə də bax: Azərbaycanda ilk dəfə: İstiqraz buraxan şirkət - ƏMLAKLARINI GİROV QOYUR
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, 30 avqust 2022-ci il tarixində BOKT "Kredaqro" MMC-nin ümumi dəyəri 500 000 (beş yüz min) manat olan istiqrazları yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcəkdir
Faizli, təmin edilmiş, sənədsiz adlı istiqrazların sayı 5000 ədəd, nominal dəyəri 100 manat, illik faiz dərəcəsu 11%, tədavül müddəti 18 ay, kupon faizlərinin ödəniş müddəti 90 günsən birdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.