Azərbaycanda korporativ istiqraz emissiyasında nadir hallardan biri baş verib.
Eləcə də bax: “Kredaqro” BOKT-un istiqrazları Bakı Fond Birjasında listinqə - DAXİL OLUB
FED.az xəbər verir ki, "Kredaqro Bank Olmayan Kredi Təşkilatı" MMC 1 milyon manatlıq təminatlı istiqraz emissiya edir. Azərbaycanda şirkətlər adətən təmin edilməmiş istiqrazlar buraxırlar.
Baza Emissiya Prospektinə görə "Kredaqro"nun hər birinin nominal dəyəri 100 manat olan, 10 000 ədəd faizli, təmin edilmiş, sənədsiz, adlı istiqrazlarının Bakı Fond Birjası vasitəsilə hər biri 500 min manatlıq olmaqla 2 tranşda yerləşdirilməsi nəzərdə tutulur. İstiqrazlar üzrə illik faiz dərəcəsi 11%, tədavül müddəti 18 ay, kupon faizlərinin ödəniş müddəti 90 gündən birdir.
Qeyd edək ki, 24 avqust 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "Kredaqro" MMC-nin ümumi dəyəri 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Emitentə ("Kredaqro") məxsus, bazar dəyəri 1 milyon 218 min 500 manat olan daşınmaz əmlaklar istiqraz mülkiyyətçilərinin xeyrinə öz adından ipoteka saxlayan qismində çıxış edəcək sərəncamçı “AzFinance İnvestisiya Şirkəti” QSC-nin xeyrinə yüklü ediləcəkdir.
Təmin edilmiş istiqrazların təminatı qismində çıxış edən daşınmaz əmlaklar təklif edilən istiqrazların və onlar üzrə hesablanmış faiz gəlirlərinin ödənilməsinə yönəldilə bilər. Təmin edilmiş istiqrazlar üzrə öhdəliklərin emitent tərəfindən icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hallarda, girov predmeti olan əmlaklara istiqrazların hər hansı mülkiyyətçisinin sərəncamçıya ünvanlanmış yazılı tələbi ilə sərəncamçı tərəfindən qanunvericiliyə uyğun olaraq tutma yönəldiləcəkdir. (Marja)
Yüklü ediləcək əmlakların siyahısı