"Unicapital İnvestisiya Şirkəti" ASC-nin yanvar-dekabr ayları üzrə birja dövriyyəsi məlum olub.
FED,az Bakı Fond Birjasının açıqladığı hesabata istinadən xəbər verir ki, şirkətin əməliyyatlarının həcmi 3 milyard 643,7 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 434,7 milyon manat və ya 13,5% çoxdur.
Şirkətin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 77,1 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 553,7 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 889,7 milyon manat, səhmləri üzrə dövriyyəsi 1,8 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 2 milyard 121,4 milyon manat həcmində olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə dövlət istiqrazları üzrə dövriyyəsi 2,5 dəfə (328,9 milyon manat), korporativ istiqrazları üzrə dövriyyəsi 66,6% (355,8 milyon manat), səhmlər üzrə dövriyyəsi 1,4 milyon manat (5,2dəfə), repo əməliyyatları üzrə dövriyyəsi 6,3% (125 milyon manat) artıb.
Şirkətin cəmi əməliyyatlarının sayı isə 5 207 ədəd və ya 2,3 dəfə artaraq 9 min 301-ə yüksəlib.
Qeyd edək ki, "Unicapital İnvestisiya Şirkəti" ASC 19.12.2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 300 min manatdır, qanuni təmsilçisi Vüqar Namazov Faiq oğludur.