«İnvest.Az İnvestisiya Şirkəti»nin dövriyyəsi 3 dəfəyədək artıb.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında şirkətin birja dövriyyəsi 1 milyard 46,9 milyon manat təşkil edib. 2023-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 678,8 milyon manat və ya 2,8 dəfə artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızlar üzrə dövriyyəsi 4,9 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 167,3 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 66,8 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 805,3 milyon manat, səhmlər üzrə dövriyyəsi isə 2,6 milyon manat olub.
Cari ildə il « İnvest.Az İnvestisiya Şirkəti»nin dövlət istiqrazları dövriyyəsi 2,1 dəfə (86,7 milyon manat), korporativ istiqrazları üzrə dövriyyəsi 6,5 dəfə (56,5 milyon manat), səhm əməliyyatları 72,3% (1,1 milyon manat), repo əməliyyatlarının dövriyyəsi 2,9 dəfə (529,9 milyon manat) artıb.
Bu ilin 9 ayı ərzində «İnvest.Az İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı illik müqayisədə 959 ədəd və ya 40% artaraq 3 346-ya yüksəlib.