Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondu ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Azərbaycanda istiqraz bazarını «partladacaq» yenilik – 60%-LİK DÖVLƏT ZƏMANƏTİ BAŞLAYIR
FED.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, 9 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin tədavül müddəti 7200 gün, nominal dəyəri 1,000 manat olan AZ2077008681 ISIN-li, 50 milyon manat həcmində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib.
İstiqrazın illik faiz dərəcəsi 3,25%, faiz ödəniş dövrü isə 180 gündən bir (6 aydan bir) təşkil edir.
Hərrac qiyməti 1 000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 50 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 26 iyun 2043-cü ildir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.