«İnvest.Az İnvestisiya Şirkəti»nin dövriyyəsi 6 dəfəyədək artıb.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-sentyabr aylarında şirkətin birja dövriyyəsi 1 milyard 511,8 milyon manat təşkil edib. 2023-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 1 milyard 252,9 milyon manat və ya 5,8 dəfə artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızlar üzrə dövriyyəsi 4,9 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 164,2 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 55,3 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 1 milyard 285 milyon manat, səhmlər üzrə dövriyyəsi isə 2,1 milyon manat olub.
Cari ildə il « İnvest.Az İnvestisiya Şirkəti»nin dövlət istiqrazları dövriyyəsi 2,6 dəfə (100 milyon manat), korporativ istiqrazları üzrə dövriyyəsi 7,7 dəfə (48,1 milyon manat), səhm əməliyyatları 57% (757 min manat), repo əməliyyatlarının dövriyyəsi 6,9 dəfə (1 milyard 99 milyon manat) artıb.
Bu ilin 9 ayı ərzində «İnvest.Az İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı illik müqayisədə 310 ədəd və ya 15% artaraq 2 339-a yüksəlib.