«İnvest.Az İnvestisiya Şirkəti»nin dövriyyəsi 2 dəfədən çox artıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-aprel ayları ərzində şirkətin birja dövriyyəsi 743,1 milyon manat təşkil edib. 2024-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 404,1 milyon manat və ya 2,2 dəfə artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızlar üzrə dövriyyəsi olmayıb, dövlət istiqrazları üzrə dövriyyəsi 22,3 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 11,7 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 708,2 milyon manat, səhmlər üzrə dövriyyəsi isə 988,6 min manat olub.
İllik müqayisədə «İnvest.Az İnvestisiya Şirkəti»nin korpartiv istiqrazları dövriyyəsi 8,4 dəfə (3,6 milyon manat), repo əməliyyatları üzrə dövriyyəsi 2,6 dəfə (436,4 milyon manat) artıb.
Dövr ərzində «İnvest.Az İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı 458-ə bərabər olub.