Futbol üzrə Avropa çempionatında İtaliya yığmasının finala çıxması «Puma» idman geyimləri şirkətinin səhmlərini bahalaşdırıb.
Azərbaycanda dolları saxlamaq üçün – SƏRFƏLİ YATIRIMLAR – VARİANTLAR - CƏDVƏL
FED.az xəbər verir ki, alman şirkəti olan «Puma» çempionatda iştirak edən 4 komandanı geyislə təmin edir və onlardan biri İtaliya yığmasıdır.
İyulun 6-da İtaliya İspaniyanı məğlub edərək turnirin finalına yüksəldi, sabahı gün iyulun 7-də «Puma»nın səhmləri 2,2% bahalaşaraq tarixi rekord vurdu – 104,25 dollar.
Ümumilikdə «Euro-2020»nin başlamasından ötən bir ay ərzində «Puma»nın səhmləri 11,5% artıb.
Ekspertlər bildirir ki, bütün iri idman yarışlarında olduğu kimi, Avropa çempionatı da idman geyisləri və aksessuarları istehsal edən şirkətlər üçün böyük gəlirlər və reklam dövrüdür. Bu yarışlardan hər 3 şirkət – «Nike», «Adidas» və «Puma» faydalanır.
Xatırladaq ki, «Puma» idman geyimivə ayaqqabıla, idman avadanlıqları və parfümeriya istehsal edir. Şirkət hər il 64 milyon cüt ayaqqabı, 70 milyon geyim və 55 milyon aksessuar satır. 2020-ci ilin nəticələrinə görə, «Puma»nın gəlirləri 5,23 milyard dollar təşkil edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.